07.12.2018

Ana dili fənn aylığı ilə əlaqədar Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

    2018-ci ilin noyabr ayı Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə ana dili fənn aylığı elan olunub. Ana dili fənn aylığı ilə əlaqədar məktəbdə nümunəvi dərslər verilib, şagirdlər arasında 3 nominasiya üzrə - bədii qiraət, sərbəst mövzuda yazılmış inşa, hekayələrə həsr olunmuş rəsm müsabiqəsi elan olunub.

    Bütün bu işlərin yekunu olaraq dekabrın 4-də məktəbdə ədəbi-bədii gecə keçirilib. Məktəb şagirdlərinin hazırladıqları müxtəlif səhnələrlə zəngin olan tədbirdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin  nümayəndəsi Gülbahar Haverdiyeva, “N” saylı hərbi hissəsinin komandiri Fərman Hümbətov, Sumqayıt Dram Teatrının aktyoru Dağlar Rüstəmov və valideynlər qonaq qismində iştirak ediblər. 

    Tədbiri açıq elan edən məktəb direktoru  Humay Ramazanova  təhsildə aparılan islahatların gənc nəslin layiqli yetışməsində xüsusi rol oynadığını qeyd edib. Tədbirdə aylıq ərzində keçirilmiş nümunəvi  dərslərə aid videoçarx nümayış etdirilib. Sonda 4 nominasiya - nümunəvi açıq dərs, ən yaxşı qiraətçi, mətnlərə çəkilmiş ən yaxşı illüstrasiya, ən yaxşı inşa üzrə mükafatlandırma keçirilib.


Açar sözlər: ,  ,  ,