21.11.2018

Məktəb psixoloqlarının seminarı

    Noyabrın 20-də Sumqayıt şəhər ümumtəhsil müəssisələrində fəaliyyət göstərən psixoloqların seminarı keçirilib. Seminarda 50-ə yaxın məktəb psixoloqu, "Psixoloq" qəzetinin baş redaktoru Tahir Heydərov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti, psixoloq Səxavət Qənbərov iştirak ediblər.

    Seminarın əsas mövzusunu "Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində psixoloji xidmətin təşkili haqqında Qaydalar" ın müzakirəsi təşkil edib.

    Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin metodisti Səxavət Qənbərov ölkədə, eləcə də Sumqayıt şəhərində ümumi psixoloji mühitdə olan boşluqlar və bununla bağlı yaranan problemləri işıqlandıraraq bu problemlərlə bağlı müvafiq təkliflər verib, əsasnamənin müsbət cəhətlərini vurğulayıb. Mövzu ilə bağlı məktəb psixoloqlarının təklif və arzuları dinlənilib. 

   Çıxış edən "Psixoloq" qəzetinin baş redaktoru Tahir Heydərov da öz növbəsində əsasnaməyə və mövcud reallıqlara öz münasibətini bildirdikdən sonra psixoloqların çoxsaylı suallarını cavablandırıb. Sonda verilən rəy və təkliflər ümumiləşdirilərək "Psixoloq" qəzetində dərc olunmaq üçün T.Heydərova təqdim olunub.


Açar sözlər: ,