Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Partiyanın inzibati binasında "9 noyabr - Dövlət Bayrağı və 12 noyabr Konstitusiya günü"nə həsr edilmiş test müsabiqəsi keçirilib.
Müsabiqədə Sumqayıt şəhərindən, Qubadlı və Abşeron rayonlarından 100-ə yaxın orta ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri öz bilik və bacarıqlarını sınayıblar. Bilik yarışının sonunda IX siniflər arasında I yerə Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Qaımova Kifayət, II yerə Sumqayıt şəhər Texniki və təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Pənahlı Rüstəm, III yerə Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi Mirzəliyeva Nərmin, X siniflər arasında I yerə Sumqayıt Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbin şagirdi Ələkbərov Səyyad, II yerə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Aslanova Xanımqız, III yerə Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin şagirdi Bağırov Abbas, XI siniflər arasında I yerə Sumqayıt şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Paşazadə Zinyət, II yerə Qubadlı rayon İşıqlı kənd tam orta məktəbin şagirdi Məmmədzadə Şükufə, III yerə Qubadlı rayon Qaralar kənd tam orta məktəbin şagirdi Məmmədzadə Dəyanət layiq görülüblər.
Qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri, həmçinin hər bir iştirakçıya Konstitusiya kitabı təqdim edilib.