Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsində qalib olmuş "STEM uşaq mühəndisliyi mərkəzi" layihəsi üzrə təşkil edilmiş təlimlər yekunlaşıb. Təlimlərdə şagirdlərə robot texnologiyaları öyrədilib. 25 nömrəli tam orta məktəbdə keçirilən təlimlərə Sumqayıt şəhər 3, 11, 13 nömrəli tam orta məktəblərin və Təfəkkür liseyinin şagirdləri də qatılıblar.