Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib."Uşaqların gələcəyinə sərmayə" devizi altında təşkil edilən sərgidə dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçı bir araya gəlib.
Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Sənəm Çəndirli Təhsil Sərgisində polyup layihəsini təqdim edib. Layihənin şagirdlərin riyazi və məntiqi təfəkkürünün inkişafına müsbət təsir göstərəcəyini vurğulayan Sənəm Çəndirli polyup qurğusunda riyazi oyun nümayiş etdirib.