Oktyabrın 10-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 18 nömrəli tam orta məktəbdə və Təfəkkür liseyində müəllim və şagird kollektivi ilə görüşüb.
18 nömrəli tam orta məktəbin direktoru Leyla Allahverdiyeva və Təfəkkür liseyinin direktoru Qönçə Səftərova rəhbərlik etdikləri məktəbin lazımi avadanlıq və ləvazimatlarla təchiz edildiyi, müasir istilik və işıqlandırma sistemlərinin qurulduğu, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işlərinin görüldüyü barədə icra başçısına məlumat veriblər.
Daha sonra icra başçısı məktəblərdə və ayrı-ayrı sinif otaqlarında yaradılmış şəraitlə tanış olub və dərslərin gedişatı ilə maraqlanıb.