13.06.2018

Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbdə “Cümhuriyyətimizin 100 illiyi“ mövzusunda tədbir keçirilib

Cümhuriyyətimizin 100 illiyi ilə bağlı iyunun 11-də Sumqayıt şəhəri, 8 nömrəli məktəbin Heydər Əliyev adına Mərkəzdə tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Abdullayeva R. açdı.O qeyd etdi ki,bu il ölkəmizdə “Cümhuriyyət ili” elan edilmişdir.Bu barədə möhtərəm Prezidentimiz İlham Əliyev sərəncam vermişdir.Şəhərimizdə,o cümlədən,məktəblərimizdə bu münasibətlə tədbirlər keçirilir.

 8 nömrəli məktəb olaraq bu möhtərəm Heydər Əliyev adına Mərkəzdə Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərinə qoşularaq bu gün qarşınızdayıq.Tədbirdə AXC-nin yaranması və yaradıcıları haqqında, onların cümhuriyyət dövründəki fəaliyyətləri barədə məlumat verildi. Tədbirdə tarixi faktlar,onların yarandığı tarixi şərait haqqında F.X.Xoyski, M.Ə.Rəsulzadə, Topçubaşov,haqqında şagirdlər geniş məlumat verdilər.Tədbirin bədii hissəsində şagirdlər vətənə,torpağa,xalqa həsr olunmuş mahnılar səsləndirilib.


Açar sözlər: