21.05.2018

Sumqayıtda Respublika ümumtəhsil məktəb müəllimləri arasında “Şahmat” yarışı keçirilib

       İsveçrə sistemi üzrə keçirilən yarışda Respublikanın hər bir şəhər və rayonundan, bir nəfər olmaqla 52 nəfər ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmişdir. Yarış doqquz turdan ibarət keçirilib.
      Gərgin idman mübarizəsi şəraitində keçirilən yarışda I yerə – 8 xalla – Abşeron rayonu 3 nömrəli tam orta məktəbin müəllimi Yelmarova Natavan Kamil qızı, II yerə –7,5 xalla – Şəki rayonu 7 nömrəli tam orta məktəbin müəllimi Əmrahlı Murad Məzahir oğlu, III yerə – 7 xalla – İsmayıllı rayonu 7 №-li tam orta məktəbin müəllimi Niftəliyev Cahangir  Rauf oğlu layiq görülüblər.
        Beş nəfər müəllim həvəsləndirici yerləri tutmuşlar :
IV yer – İsmayılov Fəxrəddin – Fizuli rayonu – 7 xal;
V yer – Qədirov Mətləb – Tərtər rayonu – 6,5 xal;
VI yer – Məmmədov Tahir – Sumqayıt şəhəri – 6,5 xal;
VII yer – Mənsimov Əkilam – Kürdəmir rayonu – 6,5 xal;
VIII yer – Kəlbiyev İmran – Lerik rayonu – 6 xal.
I – VIII yeri tutan müəllimlər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərman və pul mükafatı ilə təltif olundular.