Bu tədbirlərdən biri də şəhərin ümumtəhsil məktəblərinin 4-cü siniflərində ana dili, riyaziyyat və həyat bilgisi fənlərinin tədrisi vəziyyətini yoxlamaq məqsədi ilə keçirilən monitorinq olmuşdur. Monitorinin keşirilməsi ilə bağlı şöbə rəhbərliyi tərəfindən xüsusi əmr imzalanmış və şöbənin əməkdaşlarından ibarət qruplar yaradılmışdır. Hazırda ayrı-ayrı məktəblərdə keçirilmiş monitorinqlərin nəticələri emal olunur. Nəticələr Təhsil Şöbəsində və məktəblərdə geniş təhlil olunacaqdır. Məlumat üçün bildirək ki, digər siniflərdə də monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Monitorinqlər davam etdirilir.