Sumqayıt məktəbliləri Respublika Fənn Olimpiadalarında yarımfinal turunda da uğurlu nəticələri ilə yadda qalmışdır. Belə ki, 7-8 aprel tarixlərində keçirilən Yarımfinal turunda şəhərimizin ümumtəhsil məktəblərindən ümumilikdə 300-ə yaxın şagird iştirak etmiş, onlardan 59 nəfəri finala vəsiqə qazanmışdır. Qeyd etmək lazmıdr ki, bu ötən ilki nəticədən təxminən 34 faiz yüksək göstəricidir. Belə ki, ötən ilə final mərhələsinə yüksəlmiş şagirdlərimizin sayı 44 nəfər olmuşdur.
Bu cəhətdən ən yaxşı nəticə Təbiət elmləri təmayüllü gimnaziyaya məxsusdur. Gimnaziyanın yarımfinalda iştirak etmiş 87 şagirdindən 24 nəfəri final mərhələdə iştirak etmək hüququ əldə etmişdir. Ümumiyyətlə isə 4-6 may tarixlərində Bakı şəhərində keçiriləcək Respublika Fənn Olimpiadalarının final mərhələsində şəhərimizi on doqquz ümumtəhsil məktəbinin şagirdləri təmsil edəcəkdir.