2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndiriləcək. Bu barədə təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/I%20sinf%C9%99%20q%C9%99bul%20qaydalar%C4%B1%20(2018-2019-cu%20t%C9%99dris%20ili)(1).mp4