27.12.2017

"STEM Azərbaycanda" layihəsinin yekun-hesabat və təltifetmə tədbiri keçirilmişdir

    20 dekabr tarixində,Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalib layihələrindən olan, bütün ölkəni əhatə edən "STEM Azərbaycanda" layihəsinin yekun-hesabat və təltifetmə tədbiri Sumqayıt şəhəri, Sumqayıt Plaza Hotelin konfrans zalında baş tutdu.Millət vəkili Tahir Mirkişili, Təhsil Nazirliyinin Təhsilin İnkişafı proqramları şəbəsinin sektor müdiri Vidadi Bağırov,Sumqayıt ŞTŞ-nin heyyəti, müsabiqənin hədiyyələrinin təmin edilməsində yaxından dəstək olan Şəmil Sadiq, TN "Dərsliklərin qiymətləndirilmə şurasının" üzvü Sona Hacılı,İsmayıllı şəhər 1 nömrəli məktəbin direktoru Gündüz Qədirov, Bakı şəhəri 221 nömrəli məktəbin direktoru Fikrət Xəlilov, bir çox məktəb rəhbərliklərinin və müsabiqə qaliblərinin iştirak etdiyi tədbir xoş anlarla yaddaşlarda qaldı.