26.12.2017

IX siniflərdə monitorinq keçirilmişdir.

       Azərbaycan Respublikasının təhsil nazirinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planına, eləcə də  Sumqayıt ŞTŞ-nin İllik  İş planına uyğun olaraq  ümumtəhsil məktəblərinin IX sinif şagirdlərinin faktiki bilik səviyyələrini aşkar etmək, nöqsanları araşdırıb üzə çıxartmaq, müvafiq fənlərin tədrisi vəziyyətini yaxşılaşdırmaq, həmçinin buraxılış imtahanının yeni modelinə daha yaxşı hazırlıq məqsədilə 23 dekabr 2017-ci il tarixdə IX sinif şagirdləri üçün ümumşəhər monitorinqi keçirilmişdir. Monitorinq buraxılış imtahanının I mərhələsinə uyğun olaraq ana dili və riyaziyyat fənnindən açıq tipli test tapşırıqları tətbiq edilməklə hazırlanmışdır. Şəhər üzrə 9 imtahan mərkəzində keçrililən bu monitorinqdə ümumilikdə 3600-ə yaxın şagird imtahana cəlb edilmişdir. Hazırda imtahan nəticələri emal mərhələsindədir.