Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 2017-2018-ci dərs ilində Prezident təqaüdü alacaq tələbələrin siyahısı təsdiq olunub. Sərəncama əsasən qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 8 nəfər sumqayıtlı məzun Prezident təqaüdünə layiq görülüb. Müqayisə üçün qeyd edək ki, ötən il Sumqayıt şəhəri üzrə belə məzunların sayı 7 nəfər olub. Bu ilki Prezident təqaüdçülüərinin 4 nəfəri Təbiət elmləri təmayüllü gimnaziyanın, hər birindən 1 nəfər olmaqla Texniki və təbiət elmləri liseyi, “Təfəkkür” liseyi, 3 və 30 nömrəli tam orta məktəblərin məzunlarıdır.
Prezident təqaüdünə layiq görülmüş şagirdlərin adlı siyahısı:
1. Əfəndiyev Eldar İlqar oğlu, IV qrup, 700 bal, Sumqayıt şəhər TETG, Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi
2. Sadıqova Nüranə Qəşəm qızı, I qrup, 695 bal, Sumqayıt şəhər TETG, Bakı Ali Neft Məktəbi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsi
3. Eminli Leyla İlqar oğlu, III qrup, 695 bal, Sumqayıt şəhər 30 saylı tam orta məktəb, “ADA” Universiteti , Dövlət və ictimai münasibətlər fakültəsi
4. Feyzullayev Abdulla Mehman oğlu, IIIqrup, 692 bal, Təfəkkür liseyi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Hüquq fakültəsi
5. İsmayılov Bəkir Vahid oğlu, III qrup, 691 bal, Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb, Bakı Dövlət Universiteti, Hüquq fakültəsi
6. Feyzullayeva Səbinə Azər qızı, IV qrup, 690 bal, Sumqayıt şəhər TETG, Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi
7. Nəcəfli Eyvaz Əli oğlu, I qrup, 690 bal, Sumqayıt şəhər TETG, Bakı Ali Neft Məktəbi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsi
8. Şükürova Məlahət Qədir qızı, II qrup, 681 bal, Sumqayıt şəhər TTEL, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İqtisadiyyat fakütəsi