14.06.2017

Bu il XI sinifləri 84 088 nəfər şagird bitirir

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək.

2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945  nəfərdir.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun  əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

Məzunları təbrik edir, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq. 


Açar sözlər: ,