09.06.2017

“Son zəng”in keçirilməsi haqqında əmr

Təhsil naziri Mikayıl Cabbarovun  əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunacaq.

Əmrdə ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumlarına “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.


Açar sözlər: ,  ,