31.05.2017

“28 May – Respublika Günü”nə həsr olunmuş kross üzrə şəhər birinciliyinə yekun vuruldu

Mayın 26-da “Sumqayıt Bulvarı”nda şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “28 May – Respublika günü”nə həsr olunmuş kross üzrə şəhər birinciliyi keçirilib. Yarışda müəyyən olunmuş marşurut üzrə 3000 metr məsafəyə kross yarışında 48 təhsil ocağının 150-ə yaxın şagirdi iştirak edib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kənan İsmayılov (7 nömrəli tam orta məktəb), Elyar Vahabov (4 nömrəli tam orta məktəb), Cavid Əiyev (22 nömrəli tam orta məktəb), Ayxan Məmmədli (30 nömrəli  tam orta məktəb), İsa Əhmədov (21 nömrəli tam orta məktəb), Mirismayıl Əsgərov (41 nömrəli tam orta məktəb), Rəşad Əlizadə (30 nömrəli tam orta məktəb), Rəsul Əliyev (9 nömrəli tam orta məktəb), Böyükağa Əliyev (22 nömrəli tam orta məktəb) və Surxay Ağayev (41 nömrəli tam orta məktəb) müvafiq olaraq 1-10 cu yerləri tutub.

Yarışda I-X yerləri tutan idmançılara şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov tərəfindən medal, fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.


Açar sözlər: ,  ,