Ulu Öndərin anadan olmasının 94-cü il dönümü münasibətilə 06 may 2017-ci il tarixdə Gənc turistlər və diyarşünaslıq mərkəzində "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı Diyarşünaslıq Olimpiadası keçirilib. Olimpiadanın əsas mövzusu milli-mənəvi dəyərlərlərimizə həsr olunub.
Olimpidaya Sumqayıt şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri qoşulublar. 3 nominasiya üzrə keçirilən olimpiadada şagirdlərə 60 sualdan ibarət test kitabçası paylanılıb.
I nominasiya bütövlükdə Azərbaycanın milli- mənəvi dəyərlərinə həsr edilib. Bu nominasiyada 40 test sualının 10-u açıq tipli olub. II nominasiya işğal altında qalan ərazilərin tarixi abidələrinə həsr edilib. Bu nominasiyada qoyulan 20 test sualının 5-i açıq tipli olub. III nominasiya işğal altında qalan ərazilərin ekoloji problemlərinə həsr edilib. Hər düzgün test sualı 1 bal, açıq tipli suallar 2 bal, III nominasiyada ətraflı məlumat 5 balla qiymətləndirilib.
Testlər yoxlanıldıqdan sonra yerlər müəyyən edilib.
Olimpidada 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi Abıyeva Zülfiyyə I yer, 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əbdürəhimov Tərlan və Texniki və təbiət elmləri liseyinin IX sinif şagirdi Mansurzadə Bəhmən II yer, 24 nömrəli tam orta məktəbin X sinif şagirdi Mustafayev Cavidan, Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Allahverdiyev Hüseyn, 21 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şıxəliyev Kənan III yerlərə layiq görülüblər.
42 nömrəli tam orta məktəbin X sinif şagirdi Şıxıyeva Sevınc, 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Abbasova Qöncə, 14 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cəfərov Mikayıl olimpidada fəqləniblər.
Qaliblər Şəhər Təhsil Şöbəsinin və Gənc turistlər və diyarşünaslıq mərkəzinin Fəxri Fərmanları və medalları ilə təltif olunublar.