23.01.2017

IX siniflərdə aparılacaq buraxılış imtahanının birinci mərhələsinə uyğun olaraq Sumqayıt şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə Azərbaycan dili və ədəbiyyatı fənnindən nümunəvi tapşırıqlar hazırlanmışdır

IX siniflərdə təhsil alan şagirdlərimizin cari dərs ilində yeni qaydalar əsasında keçiriləcək buraxılış imtahanına daha yaxşı hazırlığını təmin etmək məqsədilə şəhər Təshil Şöbəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlərdən biri də ümumi orta təhsil kursu üzrə buraxılış imtahanın I mərhələsinə uyğun test tapşırıqlarının hazırlanıb məktəblərin istifadəsinə verilməsidir. Belə ki, Təhsil Şöbəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyatı müəllimi Fazil Ellazov və M.Quliyev adına 3 nömrəli tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyatı müəllimi Mühəddin Hüseynov tərəfindən birinci mərhələ imtahnının proqramına uyğun olaraq nümunəvi test tapşırıqları hazırlanmışdır. Hesab edirik ki, şəhərimizin qabaqcıl müəllimləri tərəfindən tam olaraq imtahan proqramına uyğun hazırlanmış bu nümunəvi test tapşırqları şagirdlərmizin buraxılış imtahanına hazırlığında əhəmiyyətli rol oynayacaqdır. Bununla əlaqədar bütün məktəblərimizdə təqdim olunan material çap edilməli və şagirdlərimizin bu test tapşırıqları ilə işləmələri təmin edilməlidir. 

http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/9_cu_sinif_aciq_tipli.pdf