10 dekabr 2016-cı ildə Sumqayıt Şəhər Təhsil Şöbəsinin akt zalında məktəb direktorlarının növbəti toplantısı keçirilib. Toplantını Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov giriş sözü ilə açaraq iştirakşıları içlasın gündəliyi ilə tanış edib. Toplantıda Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları layihəsi geniş müzakirə olunub. Çıxış edən məktəb direktorları layihədə göstərilən ümumi təhsilin məzmunu, idarə olunması, infrastrukturu, maddi-tədris bazası, təhsilverənləri keyfiyyət göstəriciləri, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi, şagirdlərdə formalaşdırılan dəyər və səriştələr və s. ilə bağlı rəy və təkliflərini bildiriblər. Aparılan müzakirələrdən sonra təkliflərin ümumiləşdirilərək Təhsil Nazirliyinə göndərilməsi qərara alınıb.
Nizami Namazov son günlər təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə şəhərin tam orta məktəblərində keşirilmiş reydlərin nəticələri barədə ətraflı məlumat verərək, ayrı-ayrı məktəblərdə aşkar olunmuş nöqsanlarla əlaqədar direktorlara özünün ciddi iradını bildirib və konkret tapşırıqlar verib.