03.12.2016

Respublika fənn olimpiadalarının şəhər turunun keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır

Hörmətli məktəb direktorlar! Fənn olimpiadalarının şəhər turuna daha yaxşı hazırlaşmaq üçün aşağıdakı təlimatla tanış olmağınız xahiş olunur. Təlimata uyğun digər sənəd nümunələri xəbərə əlavə edilən arxivdə verilmişdir: http://sumgayit.edu.gov.az/upload/file/sumgayit/olimpiada_materiallari.rar

1. Məktəb rəhbərliyindən xahiş olunur ki, Təhsil nazirinin 12.12.2014-cü il tarixli 1256 nömrəli əmri ilə  təsdiq edilmiş “Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları” ilə bir daha yaxından tanış olsunlar və aidiyyatı üzrə direktor müavinlərini, müəllimləri məlumatlandırsınlar. (Qoşma 1).

2. Respublika fənn olimpiadaları, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix ( Azərbaycan tarixi və ümumi tarix)  fənləri olmaqla  8 müxtəlif fənn üzrə keçiriləcəkdir.

3. Respublika fənn olimpiadalarında IX, X və XI sinif şagirdləri iştirak edirlər, eyni zamanda xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də istisna halda IX siniflərlə birgə  olimpiadalarda iştirak edə bilərlər.

4. Respublika fənn olimpiadalarının I mərhələsinin – rayon mərhələsi ya 8 yanvar ya da 15 yanvar 2017-cı il tarixində keçirilməsi planlaşdırılır. ( tarixdə dəqiqləşdirilmə aparılır)   

5. Cavab kartlarının düzgün kodlaşdırılmasının yerlərdə şagirdlərə izah edilməsi məqsədi ilə Sizə bir nümunə göndərilir (Qoşma 3).

6. Cavab kartlarında şagirdlər ad, soyad və ata adı ilə yanaşı rayon (şəhər) və məktəb kodunu da düzgün kodlaşdırmalıdırlar. Bununla əlaqədar:

 - Rayon (şəhər) kodları  Təhsil Nazirliyi tərəfindən müəyyən edilmişdir və həmin kodları Sizə göndəririk (Qoşma 4)

- məktəb kodunu isə şagird təhsil aldığı məktəb nömrəsini üçrəqəmli ədəd olaraq kodlaşdırır. (Məsələn 2 nömrəli məktəbdə oxuyan şagird 002, 12 nömrəli məktəbdə oxuyan şagird 012 kimi kodlaşdırma aparır)

Rayon (şəhər daxilində) nömrəsi olmayan məktəblər (məsələn, gimnaziya və liseylər) üçün bizim tərəfimizdən üçrəqəmli kod müəyyən edilir.  

7. Respublika fənn olimpiadalarının II mərhələsi olan Respublika mərhələsinin – yarımfinal turunda iştirak edəcək şagirdlər I mərhələnin nəticələrinə əsasən və qaydalara uyğun olaraq Respublika təşkilat komitəsi tərəfindən müəyyən edilir.

            “Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları” nın 3.2.2 bəndi:

8. Respublika fənn olimpiadalarının II mərhələsinin yarımfinal turu Təhsil Nazirliyi tərəfindən təyin edilmiş əməkdaşların iştirakı ilə respublika üzrə 10 müxtəlif mərkəzdə keçirilməsi planlaşdırılır (Bu il yarımfinal turun keçirildiyi mərkəzlərdə dəyişiliklər ola bilər).

9. Respublika fənn olimpiadalarının fənlər üzrə proqramları Sizə göndərilir. Münsiflər heyəti tərəfindən hazırlanan proqramları müvafiq olaraq RFO-da iştirak etmək istəyən şagirdlər və onların fənn müəllimləri ilə tanış etməyiniz xahiş olunur. Xüsusi proqram göndərilməyən fənlərdə şagirdlərə təqdim ediləcək tapşırıqlar tədris proqramlarına uyğun olaraq hazırlanacaqdır. 

10. İnformatika fənni üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsində iştirak etmək istəyən şagirdlər mütləq www.informatika.edu.az internet saytından qeydiyyatdan keçməlidirlər.

İnformatika fənni ilə əlaqədar əlavə məlumat Sizə təqdim ediləcəkdir.