16.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayıb

İyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb.

Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub.

Namizədlərə ixtisaslarına uyğun olaraq, ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilir. İmtahan bitdikdən sonra ekranda namizədin topladığı bal əks olunur.

Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaqdır.

İki gün davam edən test imtahanı iyunun 17-də başa catacaq.


Açar sözlər: ,  ,