Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş onlayn dərslər  təşkil edilib

Tədbirdə Nəriman Nərimanovun həyat və yaradıcılığı, eləcə də Azərbaycan tarixində rolu haqda geniş məlumat verilib.

Onlayn keçirilən dərslərdə yazıçının ictimai-siyasi fəaliyyəti, həmçinin Azərbaycan SSRİ-sində hakmiyyətdə olduğu zaman Azərbaycan xalqının adət-ənənələrinin, dini və ənənəvi bayramların, eləcə də milli birliyinin qorunub saxlanılması barəsində fikirlər diqqətə çatdırlıb. Onun dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəsi haqda məlumatlar verilib. Bakı şəhərində ilk kütləvi qiraətxananın açılması, Azərbaycan xalqının maarifləndirilməsi sahəsində gördüyü işlər vurğulanıb.

Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin və milli romanın banisi olması, çoxşaxəli ədəbi fəaliyyəti haqda fikirlər söylənilib. Sonda şagirdlər yazıçı-dramaturq N.Nərimanovun müxtəlif mövzularda yazılan dram əsərlərini səsləndirliblər.


Açar sözlər: ,