Arzu Şirxan qızı Alızadə

1976-cı ildə Sumqayıt şəhərində anadan olub.

1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsinə daxil olmuş və 1997-ci ildə bitirmişdir.

1997-2005-ci illərdə Sumqayıt şəhər 20 nömrəli məktəbdə və 2005-2013-cü illərdə 22 nömrəli tam orta məktəbdə kimya-biologiya müəllimi işləyib.

2013-2017-ci illərdə Sumqayıt şəhər Təhsil Şöbəsində metodist işləyib.

2017-2019-cu illərdə Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il tarixli, 01-09-15/17 nömrəli razılıq məktubu və Sumqayıt şəhər İcra Hakimiyyətinin 30 yanvar 2019-cu il 13 nömrəli əmrinə əsasən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.