Ramin Əfsər oğlu Abasov 

Ramin Əfsər oğlu Abasov 06.07.1977-ci ildə Masallı rayonunda anadan olub. 1994-1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya Universitetinin dövlət və bələdiyyə idarəetmə fakültəsində təhsil alıb.

1998-ci ildə həmin universitetin təhsilin təşkili və idarəolunması fakültəsi üzrə magistr pilləsinə daxil olub və 2000-ci ildə bitirib.

2003-cü ildə Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti, 2007-ci ildən isə Şöbənin məsləhətçi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.09.2020-ci il tarixli, K-960 nömrəli əmrinə əsasən Sumayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Evlidir, 2 övladı var.