28.03.2019

Şagirdlərimiz "Ölkəmizi tanıyaq" tur-aksiyasında olublar

    Martın 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə təşkil olunmuş “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfərdə olan Sumqayıt məktəbliləri geri dönüblər.

    Xatırladaq ki, martın 23-də yola düşən məktəbliləri Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin önündən təhsil şöbəsinin, şəhər ictimaiyyətinin nümayəndələri və valdeyinlər gül-çiçək dəstələri, zurna-balaban sədaları və rəqslərlə yola salıblar.

    Şagirdlər tur-aksiya çərçivəsində Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü Astarada şəhər bulvarı, “Yanar bulaq” Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olub, çay plantasiyaları, sitrus meyvə bağları, “Astaraçay” çay fabrikinə baxış keçiriblər.

    Həmin müddətdə şagirdlərimiz “Nə? Harada? Nə zaman?” bilik yarışmasında və Masallıdakı “Asan Həyat” kompleksindəki “İntellektual Mərkəz”də keçirilən “Breyn-rinq” yarışmasında iştirak ediblər.

    Şagirdlər tur-aksiya zamanı cənub bölgəsinin mədəni irsi barədə çox şey öyrəndiklərini bildiriblər.

 


Açar sözlər: ,