16.02.2019

"Ədəbiyyat biliciləri" müsabiqəsi

    Artıq dördüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.

    Təhsil naziri Ceyhun Bayramovun 2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə 16 noyabr 2018-ci il tarixli əmrinə əsasən müsabiqənin rayon (şəhər) mərhələsi keçirilib. Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyində keçirilən şəhər mərhələsində 155 şagird iştirak edib. Şagirdlər sərbəst mövzuda inşa yazıblar.

    Yoxlayıcı komissiya tərəfindən yazı işləri yüksək qiymətləndirilən şagirdlər şəhər mərhələsinin II turuna vəsiqə qazanıblar.


Açar sözlər: ,  ,