15.01.2019

Sumqayıtda məktəbdaxili qiymətləndirmə qaydaları ilə bağlı görüş

    Sumqayıt şəhərində "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası"nın tətbiqi ilə bağlı ümumtəhsil müəssisələrinin rəhbərləri və digər təhsil işçiləri ilə birgə görüş keçirilib.

    Görüş iştirakçılarına “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı ətraflı məlumat verilib.

    Təhsil Şöbəsinin əməkdaşları tərəfindən məktəbdaxili  qiymətləndirmə qaydalarında dəyişiklikləri  zəruri edən səbəblər izah edilib.

    Görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.


Açar sözlər: ,  ,