13.12.2018

Sumqayıt məktəbliləri  "AgTech and Green Energy" mövzusunda keçirilmiş Beynəlxalq Forumda iştirak ediblər.

    Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy" mövzusunda Beynəlxalq Forum işə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin təşkilatçılığı  ilə keçirilmiş forumda Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri Zəhra Abışova, Sənəm Çəndirli, Fuad İsmayılov, Ayan Məmmədli və Saleh Səfərli iştirak ediblər. "Yaşıl gələcək üçün innovasiyalar" şüarı ilə keçirilən forumda Sumqayıt məktəbliləri Yaşıl gələcək üçün müasir texnologiyalar layihəsi çərçivəsində Polyup oyun tipli platformada riyazi məsələlərin həllini nümayiş etdiriblər.

    Formun açılış mərasimində Heydər Əliyev fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startup və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak ediblər.


Açar sözlər: ,  ,