12.12.2018

Sumqayıt ümumtəhsil müəssisələrində Ulu Öndərin anım gününə həsr olunmuş tədbirlər keçirilib

    Sumqayıt şəhər ümumtəhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günüə həsr olunmuş bir sıra tədbir, "dəyirmi masa", konfrans və seminarlar keçirilib. 

    Tədbirlərdə Sumqayıt Təhsil Şöbəsinin, şəhər icra hakimiyyətinin nümayəndələri, ümumtəhsil müəssisələrinin pedoqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. 

   Tədbirlərin açılışında ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdrik dövlət xadim, Azərbaycan siyasi sisteminin banisi Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik sahəsində, Azərbaycan xalqının rifahı naminə göstərdiyi əvəzsiz xidmətlər haqqında ətraflı məruzələr dinlənilib. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin digər sahələr kimi təhsil sahəsinin də inkişafına ciddi təkan verdiyi diqqətə çatdırılıb. Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətin inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

   Anım tədbiri çərçivəsində Təhsil Şöbəsinin əməkdaşları, təhsil müəssisələrinin şagird və müəllim kollektivi Sumqayıt şəhərində yerləşən Heydər Əliyev mərkəzində olublar.  


Açar sözlər: ,  ,