17.11.2018

"Azırbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac" devizi altında ağacəkmə aksiyasına start verilib

    Noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib.

    Sumqayıt şəhər ümumtəhsil müəssisələri də aksiyada fəal iştirak edib. Belə ki, 2 mindən çox ağac kolu təhsil müəssisələrinin həyətyanı sahələrinə əkilib. 

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.

    Aksiya çərçivəsində eldar şamı, küknar, sərv və digər ağac növləri əkilib.


Açar sözlər: ,